"Qarabağ"ın rəqibi Nigeriya millisinin qapıçısını heyətinə qatıb

"Qarabağ"ın rəqibi Nigeriya millisinin qapıçısını heyətinə qatıb "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən Kipr "Omoniya"sı heyətini yeni qapıçı ilə gücləndirib.
Futbol
1 Sentyabr , 2021 15:54
Qarabağın rəqibi Nigeriya millisinin qapıçısını heyətinə qatıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən Kipr "Omoniya"sı heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə anlaşıb.

Nigeriya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kipr və Azərbaycan təmsilçiləri arasında ilk matç sentyabrın 30-da Nikosiyada, təkrar qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi