"Qarabağ"ın rəqibi məşhur futbolçusu ilə yollarını ayırıb

"Qarabağ"ın rəqibi məşhur futbolçusu ilə yollarını ayırıb Braziliya millisinin sabiq futbolçusu Vaqner Lavın Qazaxıstanın "Kayrat" klubundan ayrılacağı dəqiqləşib
Futbol
24 Noyabr , 2021 11:08
Qarabağın rəqibi məşhur futbolçusu ilə yollarını ayırıb
Vaqner Lav

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lavın Qazaxıstanın "Kayrat" klubundan ayrılacağı dəqiqləşib.

"Report"un məlumatına görə, Almatı təmsilçisi bu barədə şəxsi İnstaqram hesabında bildirib.

İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu 37 yaşlı hücumçunun klubda son ev matçı olacaq. Görüşün final fitindən sonra təcrübəli oyunçu ilə vida mərasimi təşkil ediləcək.

Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Kayrat" - "Bazel" qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qrupun digər matçında "Qarabağ" Kiprin "Omoniya" klubunu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi