“Qarabağ”ın rəqibi aparıcı hücumçusunu satıb
Futbol
- 05 sentyabr, 2023
- 07:57
“Qarabağ”ın UEFA Avropa Liqasında rəqiblərindən olan İsveç klubu “Hakken” aparıcı futbolçusu İbrahim Sadiqi satıb.
“Report”un Niderland mətbuatına istinadən məlumatına görə, 23 yaşlı hücumçu adıçəkilən ölkənin AZ klubuna keçib.
Alkmaar təmsilçisi “transfer pəncərəsi”nin son günündə qanalı forvardın keçidini rəsmiləşdirib. “Hakken” bu satışdan 4 milyon avro gəlir əldə edib. Oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Hakken” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununu sentyabrın 21-də Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcək. İsveç təmsilçisi II tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.
Son xəbərlər
06:16
Nevada ştatında meşə yanğınları səbəbindən təxliyə elan edilib
Digər ölkələr05:50
"Mançester Siti" 18 yaşlı mərakeşli yarımmüdafiəçini 100 milyon avroya transfer edib
Futbol05:11
Qvineyada zibil yığınının sürüşməsi nəticəsində onlarla şəxs həlak olub
Digər ölkələr04:45
Almaniya rekord dövlət borcuna görə yüksək kredit reytinqini itirə bilər
Maliyyə04:08
Tramp ABŞ-nin çip idxalından imtina planları barədə danışıb
Digər ölkələr03:44
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
Digər ölkələr03:05
SANA: İsrail və Suriyanın yüksək səviyyəli nümayəndə heyətləri deeskalasiyanı müzakirə edib
Digər ölkələr02:42
Altı ölkənin futbol assosiasiyası FIFA prezidenti İnfantinoya etimadı itirdiklərini bəyan edib
Futbol02:12