"Qarabağ"ın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirib

"Qarabağ"ın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirib "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Futbol
22 May , 2022 11:50
Qarabağın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirib

"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev XVI turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.

Son xəbərlər

Orphus sistemi