"Qarabağ"ın qapıçısı: "Milli komandada uduzmaqdan yorulmuşuq"

"Qarabağ"ın qapıçısı: "Milli komandada uduzmaqdan yorulmuşuq" "Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaydım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim". Bunu Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının IV tur matçından sonra "Qaraba
Futbol
5 Noyabr , 2021 10:18
Qarabağın qapıçısı: Milli komandada uduzmaqdan yorulmuşuq

"Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaydım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim".

Bunu Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının IV tur matçından sonra "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı "Report"a müsahibəsində deyib. Azərbaycan millisində də çıxış edən 27 yaşlı qolkiper qrupdakı son 2 oyun barədə düşünməyin hələ tez olduğunu bildirib:

"Hələ "Omoniya" ilə Bakıda və "Bazel" ilə İsveçrədəki qarşılaşmayadək vaxtımız var. Həftəsonu səfərdə "Sumqayıt"la vacib çempionat matçına çıxacağıq. Daha sonra Azərbaycan millisində heç də az əhəmiyyət kəsb etməyən görüşlərimiz olacaq. Millini də dəstəkləmək lazımdır. Artıq uduzmaqdan yorulmuşuq".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə "Bazel"inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xala malik Kipr "Omoniya"sı və 1 xalı olan Qazaxıstan "Kayrat"ı üçün əlçatmaz vəziyyətdədir və qrupdan çıxmağı təmin edib.

Azərbaycan millisi noyabrın 11-də Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə dünya çempionatının seçmə oyununu, noyabrın 14-də isə Qətərlə yoldaşlıq görüşü keçirəcək. "Qarabağ" isə "Omoniya" ilə noyabrın 25-də, "Bazel" ilə dekabrın 9-da üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi