"Qarabağ"ın qapıçısı İFFHS-in siyahısına düşdü

"Qarabağ"ın qapıçısı İFFHS-in siyahısına düşdü “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 660 quru dəqiqə limitini arxada qoyub.
Futbol
540
14 Sentyabr , 2020 10:41
Qarabağın qapıçısı İFFHS-in siyahısına düşdü
Şahruddin Məhəmmədəliyev

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev futbol üzrə Azərbaycan Premyer Liqasında 660 quru dəqiqə limitini arxada qoyub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın qolkiperi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün vacib olan göstəricini “Keşlə” ilə II tur matçında arxada qoyub – 0:0.

Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxmış Məhəmmədəliyev artıq 673 dəqiqədir qapısını toxunulmaz saxlayır. Onun qapısına son qolu həmin görüşün 47-ci dəqiqəsində Tural Bayramlı vurub. Ötən mövsümün son 6 turunda “Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0), “Sumqayıt” (1:0), “Sabah” (0:0) və “Keşlə”dən (2:0) qol buraxmayan Məhəmmədəliyev cari çempionatın ilk turunda çıxış etməyib.

Hesabat turunda meydana çıxan qapıçı ardıcıl 7-ci quru oyununa imza atıb.

Son xəbərlər

Orphus sistemi