"Qarabağ"ın potensial rəqibində koronavirus aşkarlandı

"Qarabağ"ın potensial rəqibində koronavirus aşkarlandı UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiyanın "Dinamo" klubunun bir futbolçusu koronavirusa yoluxub.
Futbol
8 Sentyabr , 2020 09:23
Qarabağın potensial rəqibində koronavirus aşkarlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiyanın "Dinamo" klubunun bir futbolçusu koronavirusa yoluxub. 

"Report" xəbər verir ki, Zaqreb təmsilçisi həmin şəxsin adını açıqlamayıb. "Dinamo" oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bildirib. 

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. III təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi