“Qarabağ”ın “Olimpiya” ilə ilk oyun üçün səfər proqramı açıqlanıb
Futbol
- 22 avqust, 2023
- 10:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfərdə keçirəcəyi ilk oyunun proqramı açıqlanıb.
“Report” xəbər verir ki, Azərbaycan çempionu avqustun 23-də adı çəkilən ölkəyə yollanacaq.
Komandanı aparacaq təyyarə saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacaq.
Həmin gün ağdamlılar qarşılaşmanın baş tutacağı “Stojitse” stadionunda son məşqi keçirəcəklər. Məşq prosesi Bakı vaxtı ilə saat 21:30-a planlaşdırılıb. Bundan 15 dəqiqə əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Son xəbərlər
12:02
Marta Kos: Monteneqro Avropa İttifaqına üzvlük prosesində liderdir
Xarici siyasət
11:54
AMB islam maliyyəsi üzrə qanunvericilikdə dəyişiklik edilməsini təklif edib
Maliyyə
11:53
Putin Rusiya hökumətdə kadr dəyişiklikləri edib
Region
11:53
Foto
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
Fərdi
11:53
Paşinyan Ermənistanın Aİİ ilə mövcud münasibətlərini çağırış adlandırıb
Region
11:52
Foto
Gənc könüllülər Şəkidə dayanıqlı inkişaf mövzusunda təlimlər keçiblər
Sosial müdafiə
11:51
Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb
Maliyyə
11:51
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Milli Məclis
11:50
Erməni nazir: "Rusiya qazının bahalaşması iqtisadiyyatın yavaşlamasına səbəb olacaq"
Energetika