"Qarabağ"ın legioneri: "Daha çox qol vurmaq istəyərəm"

Futbol
  • 15 aprel, 2022
  • 17:36
Qarabağın legioneri: Daha çox qol vurmaq istəyərəm

"Əla oyun oldu. Komanda yoldaşlarım çox yaxşı mübarizə apardı. Çoxlu qol vurduq. Buna görə sevinirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu İbrahima Vadji evdə "Şamaxı"ya 8:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIII tur oyunundan sonra deyib.

Seneqallı hücumçu komandasına kömək etmək üçün burada olduğunu bildirib: "Daha çox qol vurmaq istəyərəm. Ümid edirəm ki, məndə alınar".