"Qarabağ"ın legioneri: "Bu komanda ilə fəxr edirəm"

"Qarabağ"ın legioneri: "Bu komanda ilə fəxr edirəm" "Bu komanda ilə fəxr edirəm".
Futbol
26 Fevral , 2022 15:29
Qarabağın legioneri: Bu komanda ilə fəxr edirəm
Kadi Borges

"Bu komanda ilə fəxr edirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges özünün isntaqram səhifəsində yazıb.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisini təkcə komanda adlandırmaq çox azdır: "Biz həm də bir ailəyik. "Marsel"lə oyunda bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Stadionun dolu olduğunu görmək həyəcanlı idi. Daha yaxşı günlər qabaqdadır".

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-of mərhələsinin cavab oyununda Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzub. Səfərdəki ilk görüş də "köhlən atlar"ın məğlubiyyəti ilə başa çatıb - 1:3.

Son xəbərlər

Orphus sistemi