İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yetirmələrinin “bir az əziyyət çəkməli olduğunu” bildirib.
“Report” xəbər verir ki, bunu 53 yaşlı mütəxəssis Almaniyanın ev sahibliyi etdiyi AVRO-2024-ün qrup mərhələsinin I turunda Serbiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra
“Onların güclü komandası var. Bir az əziyyət çəkməli olduq, məncə, bu bizim üçün çox yaxşıdır”, – o söyləyib.
Q.Sautqeyt xüsusilə ilk hissədən razı qaldığını vurğulayıb: “Xüsusilə ilk hissədə oyundan çox razı qaldım. Biz topdan çox yaxşı istifadə etdik. İkinci hissədə oyunu lazımi səviyyədə saxlamadıq, amma nəticə əldə etmək üçün qələbə və yaxşı başlanğıc həqiqətən vacib idi”.