"Qarabağ"ın kapitanının zədəsi ciddi deyil

"Qarabağ"ın kapitanının zədəsi ciddi deyil UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) zədələnən "Qarabağ"ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Futbol
20 Avqust , 2020 14:32
Qarabağın kapitanının zədəsi ciddi deyil
Maksim Medvedev

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) zədələnən "Qarabağ"ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, futbolçunun zədəsi ciddi deyil.

Ağdam təmsilçisinin rəsmisi bildirib ki, MRT müayinəsinin cavabı hələ bilinməsə də, müdafiəçinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, "Sileks"lə matçın 76-cı dəqiqəsində zədələnən Medvedev meydanı xərəkdə tərk edib.

"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi Moldova "Şerif"i olacaq. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi