"Qarabağ"ın ikinci yoxlama oyununun vaxtı dəyişdirilib

"Qarabağ"ın ikinci yoxlama oyununun vaxtı dəyişdirilib "Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.
Futbol
25 Yanvar , 2022 14:52
Qarabağın ikinci yoxlama oyununun vaxtı dəyişdirilib

"Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.

"Report"un məlumatına görə, görüş əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

Qeyd edək ki, "Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.

Son xəbərlər

Orphus sistemi