"Qarabağ"ın futbolçusunun növbəti testi də müsbət çıxdı

"Qarabağ"ın futbolçusunun növbəti testi də müsbət çıxdı Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçularından biri sağalıb.
Futbol
26 Noyabr , 2020 11:12
Qarabağın futbolçusunun növbəti testi də müsbət çıxdı
Rahil Məmmədov

Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçularından biri sağalıb.

"Report"un məlumatına görə, "Sabah" klubunda çıxış edən Təmkin Xəlilzadənin testi mənfi olub. Cinah oyunçusunun 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir.

Xəlilzadə ilə birlikdə Xorvatiyada olan "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun növbəti testi də müsbət çıxıb. Hər iki oyunçunun UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra koronavirusa yoluxduğu bəlli olmuşdu.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə sabah test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro və Lüksemburq ilə qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi