"Qarabağ"ın futbolçusu sabiq komandasının yaranma tarixini ayağına döymə etdirib

"Qarabağ"ın futbolçusu sabiq komandasının yaranma tarixini ayağına döymə etdirib Bakı. 4 sentyabr. REPORT.AZ/ Qarabağın futbolçusu Yakub Jezniçak sabiq klubu Polşa Legiyasına jest edib.
Futbol
4 Sentyabr , 2018 16:52
Qarabağın futbolçusu sabiq komandasının yaranma tarixini ayağına döymə etdirib

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Yakub Jezniçak sabiq klubu Polşa "Legiya"sına jest edib. 

"Report" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi rəsmi "Twitter" hesabında etdiyi döyməni paylaşıb.

O, "Legiya"nın yaranma tarixini ayaqlarına yazdırıb. Y.Jezniçak bir ayağına 19, digərinə isə 16 rəqəmini (1916) həkk etdirib. 

Qeyd edək ki, Y.Jezniçak 12 il formasını geyindiyi “Legiya”dan “Qarabağ”a ötən yay keçib. O, kapitanı olduğu sabiq komandasının heyətində 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib. 

Son xəbərlər

Orphus sistemi