"Qarabağ"ın Əhmədzadənin transferi üçün ödədiyi məbləğ açıqlanıb

"Qarabağ"ın Əhmədzadənin transferi üçün ödədiyi məbləğ açıqlanıb "Qarabağ" klubunun yeni transferi Rüstəm Əhmədzadə üçün Ukrayna "Minay"ına ödədiyi məbləğ açıqlanıb
Futbol
23 Dekabr , 2021 16:27
Qarabağın Əhmədzadənin transferi üçün ödədiyi məbləğ açıqlanıb
Rüstəm Əhmədzadə

"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə üçün Ukraynanın "Minay" klubuna ödədiyi məbləğ açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə "Veres"in idman direktoru Vyaçeslav Şevçuk klubun rəsmi saytına müsahibəsində bildirib.

O, "Minay"ın "Kolos"a 500 qrivna (16 225 avro) ödəyərək aldığı 21 yaşlı hücumçunu 200 000 avroya satdığını söyləyib.

Şevçuk bu keçidin əla nümunə olduğunu və özlərinin də bunu bacarmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Rüstəm Əhmədzadə ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi