"Qarabağ" günün ikinci oyununda da məğlub olub

"Qarabağ" günün ikinci oyununda da məğlub olub Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.
Futbol
21 Yanvar , 2022 20:43
Qarabağ günün ikinci oyununda da məğlub olub

Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi günün 2-ci qarşılaşmasında Polşa "Şlyonsk"u ilə üz-üzə gəlib.

Görüş "köhlən atlar"ın 2:3 heablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın heyətində qolları 26-cı dəqiqədə Marko Veşoviç və 80-ci dəqiqədə Kadi Borges vurublar.

15:15

Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubu ilə qarşılaşıb. Görüş "köhlən atlar"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci yarısında Polşa "Şlyonsk"u ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi