"Qarabağ" futbol klubunun prezidenti Abdolbari Goozal komandayla görüşüb - VİDEO

"Qarabağ" futbol klubunun prezidenti Abdolbari Goozal komandayla görüşüb - VİDEO Klubun prezidenti məşqdən öncə komandanı ziyarət edib
Futbol
8 Sentyabr , 2017 01:20
Qarabağ futbol klubunun prezidenti Abdolbari Goozal komandayla görüşüb - VİDEO

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Qarabağ" futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir.

"Report" klubun saytına istinadən xəbər verir ki, klubun prezidenti Abdolbari Goozal axşam məşqindən öncə komandanı ziyarət edib.

Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Abdolbari Goozal Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi