"Qarabağ" dünya reytinqində irəliləyib, "Neftçi" siyahıya daxil olub

"Qarabağ" dünya reytinqində irəliləyib, "Neftçi" siyahıya daxil olub "Qarabağ" klubu dünya reytinqində 108-ci pillədə qərarlaşıb.
Futbol
11 Mart , 2022 08:59
Qarabağ dünya reytinqində irəliləyib, Neftçi siyahıya daxil olub

"Qarabağ" klubu dünya reytinqində irəliləyib.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə qərarlaşıb. Argentinanın "İndependyente" və "Defensa Xustisiya", eləcə də Ukraynanın "Şaxtyor" (Donetsk) klubları da eyni xala malikdir.

Ağdam komandası ötən ayla müqayisədə 54 pillə irəliləyib.

Siyahının genişləndirilməsi nəticəsində "Neftçi" də "300-lüy"ə daxil olub. Hazırda "ağ-qaralar" 81,5 xalla 236-cıdır.

Siyahıya 310 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.

Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.

Son xəbərlər

Orphus sistemi