"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib "Sent-Etyen" klubunun "Qarabağ"dan transfer etdiyi futbolçu İbrahima Vadji Fransa Liqa 2-də debüt edib.
Futbol
5 sentyabr 2022 20:20
Qarabağdan ayrılan hücumçu Sent-Etyendə debüt edib

"Sent-Etyen" klubunun "Qarabağ"dan transfer etdiyi futbolçu İbrahima Vadji Fransa Liqa 2-də debüt edib.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu VII turun "Pau" ilə səfər matçına təsadüf edib.

Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. Həmin vaxt "Sent-Etyen" Etyen Qrinin 64-cü dəqiqədə qırmızı vərəqə almasına baxmayaraq, Lui Mutonun 34-cü dəqiqədə vurduğu qolla öndə olub - 1:0.

Lakin əvəzləmədən cəmi 2 dəqiqə sonra "Pau"nun futbolçusu Anri Seve bərabərlik qoluna imza atıb. Seve 79-cu dəqiqədə "dubl" etsə də, 84-cü dəqiqədə Lenni Pintor məhz Vadjiyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltidən yararlanaraq, yekun nəticəni müəyyənləşdirib - 2:2.

Bu nəticədən sonra "Sent-Etyen" və "Pau" hərəyə 4 xalla 19-20-ci yerləri bölüşür.

Qeyd edək ki, İbrahima Vadji "Sent-Etyen"lə avqustun 30-da 3 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi