"Qarabağ"dan ayrılan futbolçu Simeon Slavçevin yeni klubu müəyyənləşib - FOTO

Futbol
  • 22 dekabr, 2019
  • 18:13
Qarabağdan ayrılan futbolçu Simeon Slavçevin yeni klubu müəyyənləşib - FOTO

Azərbaycan çempionu “Qarabağ” futbol klubundan ayrılan futbolçu Simeon Slavçevin yeni klubu müəyyənləşib.

"Report"un məlumatına görə, təcrübəli yarımmüdafiəçi vətəni Bolqarıstanın "Levski" klubu ilə müqavilə bağlayıb.

O, klubla 3 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, S.Slavçev “Qarabağ”ın heyətində olduğu zaman 39 oyun keçirib, 2 qol vurub.