Bakı. 14 noyabr. REPORT.AZ/ "Qarabağ" klubu Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb. "Report"un məlumatına görə, Ağdam klubu dünyaca məşhur KONAMİ şirkətinin diqqətini cəlb edib.
KONAMİ şirkəti hər il olduğu kimi, bu il də öz məhsulu olan "Pro Evolution Soccer 2015" oyununa bir neçə yeni klub daxil edib. "Qarabağ" o klublardan biri olmaqla Azərbaycan tarixində ilkə imza atıb. Klubla rəsmi şəkildə əməkdaşlıq edən KONAMİ şirkəti noyabrın 13-də "PES 2015" adlı futbol oyununu istifadəyə verib.