"Qarabağ" məşqləri dayandırdı

"Qarabağ" məşqləri dayandırdı Qarabağ klubunun Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.
Futbol
4 Mart , 2020 12:41
Qarabağ məşqləri dayandırdı

"Qarabağ" klubunun Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərlə əlaqədar atılıb. Məqsəd yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. 

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları, "Neftçi" isə uşaq komandalarının məşqlərini ləğv edib. 

Son xəbərlər

Orphus sistemi