"Qarabağ" Çempionlar Liqasının 63 illik tarixinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb

"Qarabağ" Çempionlar Liqasının 63 illik tarixinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb Bakı. 24 dekabr. REPORT.AZ/ UEFA Çempionlar Liqası tarixi ərzində çıxış etmiş klubların reytinq siyahısı açıqlanıb.
Futbol
24 Dekabr , 2018 17:26
Qarabağ Çempionlar Liqasının 63 illik tarixinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ UEFA Çempionlar Liqası tarixi ərzində çıxış etmiş klubların reytinq siyahısı açıqlanıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, 1955-ci ildən başlanan siyahıda "Qarabağ" klubu 33 xalla 100-cü pillədə qərarlaşıb. Ağdam təmsilçisi qitənin bir nömrəli turnirində 5 dəfə iştirak edib. 

Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Çempionlar Liqasında təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. "Köhlən atlar" bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.

Azərbaycanın digər klublarına gəlincə, "Neftçi" 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.

Siyahıya 590 xalla İspaniya "Real Madrid"i başçılıq edir. Almaniya "Bavariya"sı 462 xalla ikinci, İspaniyanın digər klubu "Barselona" isə 427 xalla 3-cü yerdədir. Siyahıda 513 komanda yer alıb.  

Son xəbərlər

Orphus sistemi