"Qarabağ" braziliyalı futbolçu ilə anlaşıb
Futbol
- 24 iyun, 2023
- 11:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" Portuqaliyanın "Şaveş" klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu heyətinə qatır.
"Report" "O Jogo" nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb.
"Köhlən atlar"ın təcrübəli vinger üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyəcəyi bildirilib.
İddiaya görə, "Qarabağ" "sambaçı"nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.
Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin "Atletiko Paranaense", "Portimonense", "Villa Nova" komandalarında, həmçinin Portuqaliya "Eştoril"ində çıxış edib. O, "Şaveş"in heyətində 76 oyuna 12 qol vurub.
Son xəbərlər
10:21
Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub
Media
10:20
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Energetika
10:16
Foto
Türk ölkələrinin vahid informasiya məkanının inkişafı Azərbaycan üçün prioritet olaraq qalır
Digər ölkələr
10:11
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Media
10:08
FAO işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyat bazasını araşdırır
ASK
09:59
Hesablama Palatasının strukturu dəyişir
Maliyyə
09:57
Azərbaycan investisiya xərclərini 2 dəfə artırır
Maliyyə
09:56
Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatına təxminən 100 milyon dollar özəl kapital cəlb edib
Maliyyə
09:50
"Qarabağ" yatağında seysmik məlumatların emalı üçün SLB-i ilə müqavilə imzalanıb
Energetika