“Qarabağ” Benzianı transfer etmək istədiyini təsdiqləyib

“Qarabağ” Benzianı transfer etmək istədiyini təsdiqləyib “Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib.
Futbol
26 Yanvar , 2023 10:11
“Qarabağ” Benzianı transfer etmək istədiyini təsdiqləyib

“Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında Əlcəzair millisinin sabiq oyunçusu ilə danışıq apardıqlarını bildirib.

Onun sözlərinə görə, 29 yaşlı oyunçu ilə anlaşma ərəfəsindədirlər: “Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir. Danışıqların yekununa əsasən Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.

Qeyd edək ki, “Lequipe” nəşri “Qarabağ”ın Yassin Benzia ilə 2,5 illik müqavilə imzalaya biləcəyini yazıb.

Son xəbərlər

Orphus sistemi