"Qarabağ" Azərbaycan çempionatları tarixində 250-ci qələbəsini qazanıb

"Qarabağ" Azərbaycan çempionatları tarixində 250-ci qələbəsini qazanıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu “Qarabağ” üçün tarixi qələbə ilə əlamətdar olub.
Futbol
17 Sentyabr , 2018 11:53
Qarabağ Azərbaycan çempionatları tarixində 250-ci qələbəsini qazanıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu “Qarabağ” üçün tarixi qələbə ilə əlamətdar olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda “Azərsun Arena”da 1:0 hesabı ilə qalib gəlib. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.

Qeyd edək ki, “Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.

Son xəbərlər

Orphus sistemi