"Qarabağ" Asmir Beqoviçlə müqavilə bağlayıb - YENİLƏNİB

"Qarabağ" Asmir Beqoviçlə müqavilə bağlayıb - YENİLƏNİB Qarabağın yeni transferi Asmir Beqoviç tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb.
Futbol
6 Sentyabr , 2019 16:38
Qarabağ Asmir Beqoviçlə müqavilə bağlayıb - YENİLƏNİB

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb.

"Report"un məlumatına görə, Beqoviç bu gün komandada ilk məşqinə çıxacaq.


*** 09:44

"Qarabağ" klubunun İngiltərə "Bornmut"undan icarəyə götürdüyü qapıçı Asmir Beqoviç artıq Azərbaycandadır. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bosniya və herseqovinalı qolkiper bu gün səhər saatlarında London - Bakı reysi ilə gəlib.  

i Heydər Əliyev Beynəlxalq Aeroportunda bir qrup azarkeş qarşılayıb. 32 yaşlı oyunçunun sabahdan yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir. Onun adı UEFA Avropa Liqasının qrup  mərhələsinin oyunları üçün sifariş olunub. 

Qeyd edək ki, Asmir Beqoviç "Bornmut"dan bu ilin sonunadək icarəyə götürülür. 

Son xəbərlər

Orphus sistemi