APOEL-in futbolçusunu istəyən klubumuzun adı məlum oldu

APOEL-in futbolçusunu istəyən klubumuzun adı məlum oldu "Onun müqavilə yayda başa çatacaq"
Futbol
19 May , 2021 10:40
APOEL-in futbolçusunu istəyən klubumuzun adı məlum oldu

Kiprin APOEL klubunun futbolçusu Qayas Zahidlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.

"Report" "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, bu, son ölkə çempionu "Qarabağ"dır.

Ağdam təmsilçisinin 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə ildə 450 000 avro təklif etdiyi bildirilir. Adı açıqlanmayan Türkiyə klubunun isə 600 000 avro ödəməyə hazır olduğu, bu səbəbdən, Zahidin ikinci varianta üstünlük verəcəyi deyilir.

Qeyd edək ki, Qayas Zahid 2017-ci ildən APOEL-də çıxış edir. Onun müqavilə yayda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi