“Qarabağ” akademiyası cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinə köçüb.
Bu barədə “Report”a akademiyanın koordinatoru Aftandil Hacıyev məlumat verib.
O bildirib ki, “Sərhədçi” İdman Mərkəzindəki meydanın örtüyü dəyişdirildiyi üçün akademiyanın yuxarı yaş qrupları müvəqqəti olaraq Təlim-Məşq Mərkəzində hazırlıq keçəcəklər: “Sərhədçi” İdman Mərkəzindəki süni meydan yenisi ilə əvəzlənəcək. Bu üzdən orakı məşqlərimizi müvəqqəti dayandırmışıq. U-14, U-15, U-16, U-17, U-19 və əvəzedici komandamız bu gündən cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində məşqlərə başlayıblar”.
Aftandil Hacıyev bir meydanda hazırlıq keçməyin onların işini çətinləşdirdiyini söyləyib: “Bir meydan olduğundan vaxt baxımından çətinlik çəkirik. Akademiya olsa, minimum iki meydan salınmalıdır ki, saat baxımından normal məşq keçmək mümkün olsun”.