Kipr klubu narahatdır: Aparıcı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq

Kipr klubu narahatdır: Aparıcı futbolçuları "Qarabağ"a qarşı oynamayacaq UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Qarabağ"la qarşılaşacaq "Omoniya" klubu heyətlə bağlı problemlərdən şikayətlənir.
Futbol
29 Sentyabr , 2021 10:20
Kipr klubu narahatdır: Aparıcı futbolçuları Qarabağa qarşı oynamayacaq

UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ı qəbul edəcək Kiprin "Omoniya" klubu heyətlə bağlı problemlərdən şikayətlənir.

"Report" "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin aparıcı futbolçularının zədəli olmaları baş məşqçi Henninq Berqi narahat edir.

ABŞ-dan olan futbolçu Miks Diskerud və vitse-kapitan Yannis Kusulosun meydana çıxmayacağı dəqiqdir. Digər oyunçu Erik Boteakın durumu isə hələlik bəlli deyil. Fransalı yarımmüdafiəçi ilə bağlı qərar oyun günü veriləcək.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi