"Qarabağ" 22 ildən sonra "Şəmkir"in rekordunu təkrarlayıb

"Qarabağ" 22 ildən sonra "Şəmkir"in rekordunu təkrarlayıb Komanda buna XXVII turda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəlməklə nail olub
Futbol
18 Mart , 2023 10:44
Qarabağ 22 ildən sonra Şəmkirin rekordunu təkrarlayıb

"Qarabağ" Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XXVII turda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəlməklə nail olub.

Beləliklə, Ağdam təmsilçisinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. "Köhlən atlar" cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan "Qarabağ" sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə yenilib – 1:3.

Rəqib meydanında keçirilən əvvəlki 23 qarşılaşmada 19 qələbəsi olan ölkə çempionu 4 dəfə heç-heçə edib.

1999 - 2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” bu vaxtadək mütləq rekordçu idi. “Qarabağ” 22 ildən sonra bu göstəricini təkrarlayıb. Ağdamlılar növbəti səfər matçında yeni rekord müəyyənləşdirə bilər.

Son xəbərlər

Orphus sistemi