Qara Qarayev: "Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik"

Qara Qarayev: "Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik" "Bütün fikirlərimiz bu oyundadır. Hazırlıqlarımız yaxşı səviyyədədir".
Futbol
7 Sentyabr , 2020 19:38
Qara Qarayev: Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik
Qara Qarayev

"Bütün fikrimiz bu oyundadır. Hazırlıqlarımız yaxşı səviyyədədir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının II turunda qarşılaşacaqları Kipr seçməsi ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Yarımmüdafiəçi bildirib ki, oyuna tam şəkildə hazırdırlar: "Şükürlər olsun ki, Mahir Emrelidən başqa itkimiz yoxdur. Matça tam şəkildə hazırıq. Əlimizdən gələni edəcəyik ki, yenidən azarkeşlərin etimadını qazanaq. Biz onlar üçün oynayırıq. Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik".

Qarayevin sözlərinə görə, rəqib haqqında kifayət qədər məlumatlıdırlar: "3-4-cü dəfədir bura gəlirəm. Kipr haqqında məlumatımız var. Baş məşqçi hər şeyi dəqiqliklə analiz edib və bizə bütün məlumatları verib. Əlavə nə isə etməyimizə ehtiyac yoxdur".

Son xəbərlər

Orphus sistemi