Bakı. 3 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Qara Qarayev "Neftçi"yə keçəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Milli komandanın üzvü "Report"a açıqlamasında xəbəri təkzib edib.
24 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Bakı klubuna keçəcəyi ilə bağlı yayılan məlumatlar kökündən yanlışdır.
Qeyd edək ki, bir neçə gün öncə "Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov "Report"a açıqlamasında Q.Qarayevi "ağ-qaralar"da görmək istədiyini, məmnuniyyətlə futbolçunu qəbul edəcəklərini deyib.