Şəfəq Hüseynli: "Qara Qarayev deyirdi ki, məni o siyahıdan çıxarın"

Şəfəq Hüseynli: "Qara Qarayev deyirdi ki, məni o siyahıdan çıxarın" Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçular Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) test qrupunda yer almaqdan narazıdırlar.
Futbol
25 Dekabr , 2018 12:27
Şəfəq Hüseynli: Qara Qarayev deyirdi ki, məni o siyahıdan çıxarın
Azərbaycan millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayev / Report/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ "Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçular Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) test qrupunda yer almaqdan narazıdırlar".

"Report" xəbər verir ki, bunu agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, qrupda yer almağa etiraz edən futbolçulardan biri də Azərbaycan millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayevdir: "Hər dəfə deyirdi ki, məni həmin siyahıdan çıxarın. Lakin onunla söhbətim oldu, danışdıq. Hər şeyi başa düşdü. Futbolçular anlamalıdır ki, məkan məlumatlarını vaxtında verən idmançılar müəyyən zamandan sonra siyahıdan çıxarılır. Qarayev bizimlə söhbətdən sonra təşəkkür etdi. O, bundan sonra AMADA-nı dəstəkləməyə və qurumun təşkil etdiyi tədbirlərdə iştirak etməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi