"Qalatasaray" yeni futbolçularını təqdim etdi

"Qalatasaray" yeni futbolçularını təqdim etdi Türkiyənin "Qalatasaray" klubu yeni transferləri üçün təqdimetmə mərasimi keçirir.
Futbol
9 Fevral , 2021 15:41
Qalatasaray yeni futbolçularını təqdim etdi

Türkiyənin "Qalatasaray" klubu yeni transferləri üçün təqdimat mərasimi keçirir.

"Report"un məlumatına görə, İstanbul təmsilçisinin qış transfer dönəmində heyətinə qatdığı Jedson Fernandeş, Mustafa Məhəmməd, Deandre Yedlin, Halil Dervişoğlu və Henri Onyekuru "Türk Telekom Arena"da ictimaiyyətə təqdim olunur.

"Sarı qırmızılar"ın prezidenti Mustafa Cengiz nöqtə transferlərə imza atdıqlarını vurğulayıb. Cengizin sözlərinə görə, bəzi oyunçular digər təkliflər olmasına rəğmən, "Qalatasaray"ı seçib. O, hər bir futbolçuya "Qalatasaray"ı seçdiyi üçün təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi