"Qalatasaray" futbolçusunu icarəyə verdi

"Qalatasaray" futbolçusunu icarəyə verdi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yunus Akgünü icarəyə verib.
Futbol
272
25 Sentyabr , 2020 14:55
Qalatasaray futbolçusunu icarəyə verdi
Yunus Akgün

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yunus Akgünü icarəyə verib. 

"Report"un İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən məlumatına görə, 20 yaşlı hücumçu 2020/2021 mövsümündə aşağı liqa təmsilçisi "Adana Demirspor"da çıxış edəcək. 

Qeyd edək ki, Yunus Akgün Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"ın "Neftçi" ilə oyunu üçün sifariş verilsə də, Bakıya gətirilməyib. "Sarı-qırmızılar" Bakıdakı matçda 3:1 hesablı qələbə qazanıb.

III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu 2:0 hesabı ilə üstələyən "Cim-Bom" pley-offda "Reyncers" klubu ilə Şotlandiyada üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi