"Qalatasaray" Muslera ilə yeni müqavilə imzalayacaq

"Qalatasaray" Muslera ilə yeni müqavilə imzalayacaq Türkiyənin "Qalatasaray" klubu oyunçusu Fernando Muslera ilə bağlı qərarını verib
Futbol
9 Fevral , 2021 13:12
Qalatasaray Muslera ilə yeni müqavilə imzalayacaq
Fernando Muslera

Türkiyənin "Qalatasaray" klubu oyunçusu Fernando Muslera ilə bağlı qərarını verib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı qapıçının cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzadacaq.

35 yaşlı qolkiperlə 2+1 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi