"Qalatasaray"ın vitse-prezidenti: "Neftçi" bizə qonaqpərvərlik göstərir"

"Qalatasaray"ın vitse-prezidenti: "Neftçi" bizə qonaqpərvərlik göstərir" "Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi" klubundan tez-tez zəng vurub qonaqpərvərliklərini göstərirlər. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".
Futbol
17 Sentyabr , 2020 09:33
Qalatasarayın vitse-prezidenti: Neftçi bizə qonaqpərvərlik göstərir
Abdurrahim Albayrak

"Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi" bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə "Qalatasaray"ının vitse-prezidenti Abdurrahim Albayrak "TRT Spor"a açıqlamasında UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, bu qarşılaşma "sarı-qırmızılılar" üçün olduqca vacibdir: İnanıram ki, komandamız "Qaziantep"lə matçda sərgilədiyi performansı Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq".

A.Albayrak matçın Azərbaycan paytaxtında oynanılmasının "Qalatasaray" üçün fərq etmədiyini vurğulayıb: "İstanbulda cavab görüşü keçirilsəydi belə, azarkeşlər stadionda olmayacaqdı. Ümid edirəm ki, "Neftçi"ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur. Ona görə də harada oynayacağımızın fərqi yoxdur".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi