"Qalatasaray"ın sabiq futbolçusu qarət olunub

"Qalatasaray"ın sabiq futbolçusu qarət olunub Fransanın "Nitsa" klubunun futbolçusu Mario Leminanın evi naməlum şəxslər tərəfindən qarət olunub
Futbol
11 Oktyabr , 2021 14:58
Qalatasarayın sabiq futbolçusu qarət olunub
Mario Lemina

Fransanın "Nitsa" klubunun futbolçusu Mario Leminanın evini naməlum şəxslər qarət edib.

"Report"un "LEquipe"ə istinadən məlumatına görə, hadisə oktyabrın 10-da axşam saatlarında baş verib.

28 yaşlı yarımmüdafiəçi Qabon millisinin düşərgəsində olarkən 3 maskalı şəxs evə girib. Onlar 3 qadını bağlayıb və təxminən 300 000 avro dəyərində qiymətlər əşyalar aparıblar.

Şəxslərdən biri soyğunçulardan qaçaraq polisə müraciət edib. Polis hadisə yerinə cinayətkarlar gedəndən sonra çatıb.

Qeyd edək ki, Mario Lemina 2019/2020 mövsümündə Türkiyənin "Qalatasaray" klubunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi