"Qalatasaray"ın prezidenti xəstəxanaya yerləşdirildi

"Qalatasaray"ın prezidenti xəstəxanaya yerləşdirildi Türkiyənin Qalatasaray klubunun prezidenti Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilib.
Futbol
30 Aprel , 2020 21:08
Qalatasarayın prezidenti xəstəxanaya yerləşdirildi

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilib.

"Report"un DHA-ya istinadən məlumatına görə, həkimlər dərhal ondan koronavirusla bağlı analiz götürüblər.

Ancaq testin nəticəsinin mənfi çıxdığı və klub prezidentində xəstəliyin simptomlarının aşkarlanmadığı bildirilib. Daha sonra isə M.Cengizə qan köçülürüb.

"Qalatasaray"ın prezidenti növbəti həftənin bazar ertəsi gününə qədər xəstəxanada qalacaq.

Son xəbərlər

Orphus sistemi