"Qalatasaray"ın futbolçusu İtaliya klubuna keçir

"Qalatasaray"ın futbolçusu İtaliya klubuna keçir Türkiyənin "Qalatasaray" klubunun italiyalı futbolçusu Nikolo Zaniolo karyerasını ölkəsində davam etdirəcək.
Futbol
4 İyul , 2024 11:45
Qalatasarayın futbolçusu İtaliya klubuna keçir

Türkiyənin "Qalatasaray" klubunun italiyalı futbolçusu Nikolo Zanyolo karyerasını ölkəsində davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, "sarı-qırmızılar" 25 yaşlı yarımmüdafiəçinin keçidi üçün "Atalanta" ilə razılıq əldə edib. Oyunçu icarə əsasında Berqamo təmsilçisinin formasını geyinəcək. İtaliya klubu Zanyolonu almaq hüququna da malik olacaq.

Qeyd edək ki, futbolçu ötən mövsüm İngiltərədə icarə əsasında "Aston Villa"nın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi