İngiltərə klubunun qadın futbolçusu irqçi təzyiqlərə məruz qalıb
Futbol
- 07 yanvar, 2019
- 10:13
Bakı. 7 yanvar. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubunun qadın futbolçusu Reni Hektor irqçiliyə məruz qalıb.
"Report"un İngiltərə mətbuatına istinadən məlumatına görə, bu barədə 24 yaşlı müdafiəçi sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.
O, qadınlar arasında Federasiyası Kubokunda "Şeffild Yunayted"lə qarşılaşmada irqçi təzyiqlə üzləşdiyini bildirib. Hektor rəqib oyunçunun ona qarşı meymun səslərini çıxartdığını vurğulayıb: "Cavabı futbola buraxdım və qələbə qazandığımız üçün xoşbəxtəm".
İngiltərə Futbol Assossiasiyası məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, "Tottenhem" 2:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
Son xəbərlər
09:53
Foto
Biləsuvarda yol qəzası olub, ölənlər var
Hadisə09:53
Hikmət Hacıyev Doha Forumu çərçivəsində müzakirələrlə bağlı video paylaşıb
Xarici siyasət09:30
Premyer Liqa: "Karvan-Yevlax" bu gün "Şamaxı"nı qəbul edəcək
Futbol09:27
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Xarici siyasət09:20
Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar
Futbol08:44
Hindistanda gecə klubunda baş verən yanğında ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
Digər ölkələr08:38
Kremençukda Rusiyanın hava hücumlarından sonra su və elektrik təchizatında fasilələr yaranıb
Digər ölkələr08:14
"Telegraph": ABŞ Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı tənqid etməkdən çəkinib
Digər ölkələr07:52