PSJ "Portu"nun futbolçusunu transfer edib

PSJ "Portu"nun futbolçusunu transfer edib Portuqaliyanın "Portu" komandasının futbolçusu Vitinya Fransa PSJ-sinə keçib.
Futbol
1 İyul , 2022 02:11
PSJ Portunun futbolçusunu transfer edib

Portuqaliyanın "Portu" komandasının futbolçusu Vitinya Fransa PSJ-sinə keçib.

"Report"un Paris klubunun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Onun transferinin paytaxt təmsilçisinə 40 milyon avroya başa gəldiyi bildirilir.

"Portu"nun yetirməsi olan Vitinyanın 2024-cü ilin iyununadək müqaviləsi var idi. O, 2021/2022 mövsümündə İngiltərə "Vulverhempton"unda çıxış edib. Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 47 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Son xəbərlər

Orphus sistemi