PSJ-nin əsas transfer hədəfi müəyyənləşdi

PSJ-nin əsas transfer hədəfi müəyyənləşdi Fransa PSJ-si İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Serxio Aqueronu heyətinə qatmağı planlaşdırır.
Futbol
9 Yanvar , 2021 14:09
PSJ-nin əsas transfer hədəfi müəyyənləşdi
Serxio Aquero

Fransa PSJ-si İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Serxio Aqueronu heyətinə qatmağı planlaşdırır.

"Report" "Sports Illustrated" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino argentinalı hücumçunun alınmasını istəyir.

İddiaya görə, Aquero həmyerlisinin əsas transfer hədəfidir. Hazırda İspaniya "Barselona"sının da diqqət mərkəzində olan 33 yaşlı futbolçunun İngiltərədən ayrılmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Serxio Aqueronun "Mançester Siti" ilə müqaviləsi bu ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi