Fransanın "Pari Sen-Jermen” klubunun idman direktoru Leonardo Kilian Mbappe və Neymarı "Yuventus"un hücumçusu Kriştianu Ronaldu və "Barselona"nın hücumçusu Lionel Messidən sonra dünyada ən yaxşı futbolçular hesab edir.
Bu barədə “Report” “Goa lso”ya istinadən xəbər verir.
"Biz Neymar və Mbappe ilə işləməyə davam etmək istəyirik. Bu, hamı üçün aydındır. Bir komandada iki belə oyunçuya malik olmaq — bu əladır. Messi və Ronaldu hər biri öz klublarındadır. Messi və Ronaldudan sonra dünyanın iki ən yaxşı futbolçusu klubumuzdadır", - o deyib.
Xatırladaq ki, PSJ ötən mövsümün nəticəsinə görə Fransa çempionatının qalibi olub. Komanda həmçinin Fransa Kubokunu və Liqa Kubokunu qazanıb. “Parislilər» Çempionlar Liqasında finala qədər irəliləyiblər, lakin həlledici qarşılaşmada Münhen "Bavariya"sına 0:1 hesabı ilə uduzublar.