PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb

PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb Qabon sakini onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaq zərbəsi endirib
Futbol
106
11 Mart , 2017 07:52
PSJ-nin azarkeşi Barselonaya məğlubiyyətə görə ona gülən dostunu öldürüb

Bakı. 11 mart. REPORT.AZ/ Qabonda PSJ klubunun (Fransa) azarkeşi futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında "Barselona"ya (İspaniya) məğlubiyyətə görə (1:6) onu ələ salan dostunu qətlə yetirib.

"Report" AFP-yə istinadən xəbər verir ki, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib.

Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi