PSJ Neymarın satış qiymətini açıqladı

PSJ Neymarın satış qiymətini açıqladı "Pari Sen-Jermen" futbol klubunun prezidenti Nasser Al-Xelayfi braziliyalı hücumçu Neymarın satış qiymətini təyin edib.
Futbol
12 Dekabr , 2020 08:43
PSJ Neymarın satış qiymətini açıqladı
Neymar

"Pari Sen-Jermen" futbol klubunun prezidenti Nasser Əl-Xəlafi braziliyalı hücumçu Neymarın satış qiymətini təyin edib.

“Report” xəbər verir ki, bu barədə “Sport.es” bildirib.

Qeyd edilir ki, PSJ oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq.

Həmçinin bildirilir ki, rəhbərlik Neymarla müqavilənin müddətinin uzadılması imkanına optimist baxır. Ancaq hazırda bununla bağlı danışıqlarda irəliləyiş yoxdur.

Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Futbolçu Paris klubu ilə üç dəfə Fransa çempionu olub, iki dəfə ölkə Kubokunu qazanıb, həmçinin Liqa Kuboku və milli Superkuboku udub. Oyunçunun müqaviləsi 2022-ci il ilin yayına qədər qüvvədədir.

Son xəbərlər

Orphus sistemi