PSJ klubu UEFA-dan CAS-a müraciət edəcək

PSJ klubu UEFA-dan CAS-a müraciət edəcək Bakı. 6 noyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun rəhbərliyi İdman Abirtaj Məhkəməsinə (CAS) müraciət etməyi qərara alıb.
Futbol
6 Noyabr , 2018 11:21
PSJ klubu UEFA-dan CAS-a müraciət edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Fransanın PSJ klubunun rəhbərliyi İdman Abirtaj Məhkəməsinə (CAS) müraciət etməyi qərara alıb.

“Report” ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi bu addımı UEFA-nın klubun maliyyə “fair-play”i qaydalarına uyğunluğunu yoxladığı üçün atıb.

İyulda UEFA PSJ-də yoxlamalara başlayıb. Baxmayaraq ki, klub təşkilatın şərtlərini yerinə yetirib və 2015 - 2017-ci maliyyə illərində qayda pozuntularına görə sanksiyalardan qurtulmaq üçün 50 milyon avro məbləğində futbolçu satıb. Avropa futbol qurumu "Qatar Tourism Authority" ilə 2019-cu ildə yekunlaşacaq müqaviləni uzatmamağı da tələb edib. Ona görə də klub daha bahalı oyunçuları ilə vidalaşmalı olacaq. 

Bundan sonrakı prosesdə CAS PSJ-nin müraciətini nəzərdən keçirəcək və araşdırma aparacaq. Bu da UEFA-nın işini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Məhkəmə yoxlanışı bir neçə ay çəkə bilər.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi