PSJ idman direktoru ilə yollarını ayırır
Futbol
- 12 mart, 2022
- 05:04
Fransanın PSJ klubu idman direktoru Leonardo ilə yollarını ayıracaq.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi mövsümün sonunda 53 yaşlı funksionerlə vidalaşacaq.
Klub prezidenti Nasser Əl-Xəlaifi transferlərin nəticələrindən narazıdır və onun fikrincə, ötən yay nəhəng investisiyalar Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yetərli olmayıb.
Bundan əlavə, Leonardo hücumçu Kilian Mbappeni müqaviləni yeniləməyə razı sala bilməyib. Onu bu postda İngiltərənin "Tottenhem" klubunun icraçı direktoru Fabio Paratiçinin əvəzləyəcəyi ehtimal olunur.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən İspaniya "Real Madrid"inə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Son xəbərlər
19:51
Tramp: ABŞ qeyri-məhdud sursat ehtiyatlarına malikdir
Digər ölkələr19:40
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb
Energetika19:40
İran mediası: ABŞ-nin toy mərasiminə hücumu nəticəsində ölənlərin sayı artıb
Region19:32
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb
Region19:19
Foto
Azərbaycanlı jurnalistlər İsrailin "i24NEWS" telekanalının redaksiyasında olublar
Media19:17
Norveçin səfiri Rusiya gəmisinin saxlanılmasına görə XİN-ə çağırılıb
Region19:14
Foto
ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək
Xarici siyasət19:14
Foto
Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Avropa çempionu olub - YENİLƏNİB
Fərdi19:09
Foto